Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılacaq. Matç.az saytı xəbər verir ki, yarışda mübarizəni davam etdirən Türkiyə təmsilçiləri "Qalatasaray" və "Fənərbaxça"nın rəqibləri bəlli olacaq.

Türkiyəli həmkarlarımız hər iki komandanın budəfəki turnirdə iddialı olduğunu vurğulayıb. "Sonu Bakı olsun" başlığı qoyulan məqalədə həm "Qalatasaray", həm də "Fənərbaxça"nın hədəfinin məhz final olduğu qeyd edilib. "Sarı-qırmızılılar" 2000-ci ildə turnirin kubokunu muzeyinə aparmış, "sarı-lacivərdlilər" isə 2013-cü ildə yarımfinala qədər irəliləmişdi. Hər iki komanda gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final qarşılaşmasının iştirakçısı olmaq istəyir.

Qeyd edək ki, həm "Qalatasaray", həm də "Fənərbaxça" püşkatma zamanı ikinci səbətdə yer alacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest