Bu irəliləyiş sayəsində italiyalı Qurbanovla arasındakı fərqi 503 pilləyə endirib.

Məşqçilərin dünya reytinqi açıqlanıb. Matç.az xəbər verir ki, siyahıda Topaz Premyer Liqasında çalışan iki mütəxəssis yer alıb.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 1073 xalla 458-ci yerdə qərarlaşıb. 46 yaşlı mütəxəssis son siyahı ilə müqayisədə 3 addım geriləyib.

Hesabında 123 xal olan "Neftçi"nin italiyalı baş məşqçisi Roberto Bordin 961-ci pillədədi. O, 4 addım irəliləyib.

Bu irəliləyiş sayəsində italiyalı Qurbanovla arasındakı fərqi 503 pilləyə endirib.

Qeyd edək ki, cədvələ "Barselona"nın baş məşqçisi Ernesto Valverde başçılıq edir – 15 min 131 xal.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest