17 Dekabr 2018, 20:40
FUTBOL
"Atletiko"nun baş məşqçisi Dieqo Simeone İtaliyaya qayıdacağı ilə bağlı iddialara cavab verib. Matç.az saytının məlumatına görə, argentinalı mütəxəssis "İnter"də çalışacağı ilə bağlı xəbərləri qəti dillə təkzib edib.
"İki min dəfə demişəm ki, heç vaxt "İnter"ə qayıtmayacam. Hazırda sakitcə öz işimi görürəm. "Atletiko" ilə daha bir il müqviləm var. Hər şey əladı. ümid edirəm ki, bu əməkdaşlığımız daha uzun müddət davam edəcək" – deyə Simeone bildirib.
Qeyd edək ki, argentinalı mütəxəssis futbolçuluq zamanında 1997-1999-cu illər arasında "İnter"də çıxış edib.