18 Dekabr 2018, 00:47
FUTBOL
"Mançester Yunayted" Antoni Marsyalla bağlı qərar verib. Matç.az saytının məlumatına görə, onunla müqavilə müddət uzadılıb.
Britaniya mətbuatının iddiasına görə, futbolçu ilə faktiki müqavilə 2019-cu ilə kimi nəzərdə tutulsa da, klub 1 illik artırmaq opsiyasından istifadə edib.
Bununla da fransalı oyunçu 2020-ci ilin yayına kimi "qırmızı şeytanlar"ın şərəfini qoruyacaq.
Qeyd edək ki, Marsyal bu mövsüm İngiltərə Premyer Liqasında 13 matçda 7 qol vurub.