Dünən Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb. Matç.az saytının məlumatına görə, İngiltərənin turnirdəki təmsilçiləri "Arsenal"la "çelsi" müvafiq olaraq BATE və "Malmö"yə rəqib olub.

Hər iki komandanın bəxtinin gətirdiyi düşünülsə də, Britaniya KİV-i məsələyə fərqli yanaşır. Belə ki, onlar uzun səfəri qabardaraq, xüsusən də, "Arsenal"ın bəxtinin gətirmədiyini hesab edirlər: "Arsenal" qrupda "Qarabağ"la qarşılaşaraq, bir dəfə uzun yol qət edib. Bakı səfərindən sonra Borisova növbəti uzun yol heç də asan olmayacaq. üstəlik, pley-off mərhələsi olduğundan, "topçular" oyunlara artıq daha ciddi yanaşmalı, əsas heyətlə mübarizə aparmalı olacaq".

Qeyd edək ki, BATE ilə "Arsenal" arasında ilk oyun fevralın 14-də Borisovda, cavab qarşılaşması isə bir həftə sonra Londonda keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest