27 Noyabr 2020, 12:31
MPL
Futbol üzrə Azərbaycan Premyer Liqasında daha bir oyun təxirə salınıb.
Matc.az xəbər verir ki, 11-ci turun sabah keçirilməli olan "Sumqayıt" - "Qəbələ" oyunu baş tutmayacaq. Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Buna koronavirusa yoluxan bəzi futbolçuların yenidən testdən keçməsi səbəb göstərilir. Qeyri-müəyyən müddətə təxirə salınan oyunun tarixi ilə bağlı qərarı Peşəkar Futbol Liqası tərəfindən veriləcək.