28 Noyabr 2020, 00:17
MPL
FİFA-ya üzv olan bütün ölkələrin çempionatlarında keçirilən oyunlarda bir dəqiqəlik sükut elan oluna bilər.
Matc.az xəbər verir ki, bununla bağlı dünyanın ən ali futbol qurumu 211 assosiasiyaya müraciət ünvanlayıb.
Müraciətdə əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın xatirəsinin bir dəqiqəlik sükutla anılması xahiş olunub:
"Futbol dünyası Dieqo Armando Maradonanın ölümünə ağlayır, buna görə FİFA 211 assosiasiyaya, yarışların təşkilatçılarına qarşıdakı istirahət günlərində hər matçda sükut dəqiqəsi ilə anmaqla bağlı müraciət etdi".
Qeyd edək ki, AFFA da FİFA-nın üzvüdür. Bu üzdən AFFA bu çağırışa müsbət cavab versə, Azərbaycan Premyer Liqasının oyunlarında da bir dəqiqəlik sükut elan ediləcək.
Argentina millisinin sabiq futbolçusu və baş məşqçisi olan ədsanəvi Maradona noyabrın 25-də 60 yaşında vəfat edib.