22 yaşlı cinah müdafiəçisi bu səbəbdən Azərbaycan Premyer Liqasının 11-ci turunda "Zirə" ilə matçı buraxıb.

"Neftçi" klubunun daha bir futbolçusu koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, Anton Krivotsyukun testi müsbət nəticələnib.
 
22 yaşlı cinah müdafiəçisi bu səbəbdən Azərbaycan Premyer Liqasının 11-ci turunda "Zirə" ilə matçı buraxıb. 
 
Bruno Teluşi isə zədə səbəbindən komandasına kömək edə bilmir.
 
Artıq "Neftçi"nin kapitanı Emin Mahmudov və hücumçu Mirabdulla Abbasov koronavirusdan sağalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest