"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 11-ci turunun "Səbail"lə səfər oyununda texniki zonada yer almayıb.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 11-ci turunun "Səbail"lə səfər oyununda texniki zonada yer almayıb.
 
Matc.az xəbər verir ki, bunun səbəbi 48 yaşlı mütəxəssisin səhhətində problem yaranmasıdır.
 
Amma bunun koronavirusla bağlı olmadığı bildirilir. Həkimlər ona 2-3 gün istirahət etməyi məsləhət görüblər.
 
Qeyd edək ki, "Qarabağ"ı "Səbail"lə matça Qurban Qurbanovun köməkçisi Elçin Rəhmanov çıxarıb.
 
ötən gün "Qarabağ" işğaldan azad olunmuş Ağdama səfərə yollanmışdı. Qurbanov həmin səfərə də eyni səbəbdən getməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest