"Mükəmməl oynadıq, amma təəssüf ki, qol vura bilmədik. Bütün oyunçular özlərini çox yaxşı göstərdilər"

"Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola komandasının çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Portu"ya qarşı keçirdiyi oyunla bağlı fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, ispaniyalı çalışdırıcı qolsuz bərabərliklə başa çatan görüşdə komandasından razı qaldığını söyləyib:  "Qələbə qazanmaq istəyirdik. Rəqibin  qapımıza zərbə endirməsinə və ya künc zərbəsi qazanmasına imkan vermədik. "Porto" Portuqaliyanın ən yaxşı klublarından biridir, fiziki cəhətdən güclü komandadır. Mükəmməl oynadıq, amma təəssüf ki, qol vura bilmədik. Bütün oyunçular özlərini çox yaxşı göstərdilər. Komandanın qrupdakı çıxışından tamamilə razıyam. Bütün matçlarda yüksək keyfiyyətli oyun nəticədən də vacibdir. "Olimpiakos" və "Marsel"lə görüşlərdə "çərçivə"yə 11 zərbə vurduq. Bu gün şanslarımız oldu. Bəlkə də o qədər də çox deyildi, ancaq qazanmaq üçün kifayət idi".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest