"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, o, 2:2 hesabıyla bitən matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
 
"Bizi çətin oyun gözlədiyinin fərqində idik. Komanda ağır xəstəlikdən qurtulub. Hesabdan asılı olmayaraq, onlara təşəkkür edəcəkdim. Bütün komanda meydanda xarakter nümayiş etdirdi. Oyundan bir gün öncə futbolçularımın çətin olsa da, oynamaq istədiklərini bildirməsi məni çox sevindirdi. Bütün komandamla fəxr edirəm. "Zirə"nin də gücünə bələd idik. Rəşad Sadıqov yaxşı komanda formalaşdırıb. Ona da uğurlar arzu edirəm. İnşallah, "Sabah"la oyundan sonra da qış fasiləsi üçün toplanacağıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest