"Sumqayıt"ın məşqçisi Elnur çodarov Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində "Sabah"a qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, o, 1:2 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Oyuna hazırlaşmışdıq. İstəyirdik ilin son oyununda qələbə qazanaq. Hava şəraiti, zədəlilər, virusla bağlı məsələlərə görə alınmadı. Uşaqlar sona qədər mübarizə apardı. Baş məşqçinin, həmçinin Xocaniyazov və Xaçayevin olmaması təsirini göstərdi".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest