24 Dekabr 2020, 20:22
MPL
"Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində "Keşlə"yə qarşı keçirdikləri oyunu şərh edib.
"Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində "Keşlə"yə qarşı keçirdikləri oyunu şərh edib.
Matc.az xəbər verir ki, o, 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları deyib:
"Allah Yunis Hüseynova şəfa versin. Koronavirusa yoluxub. Yastığı yüngül olsun və tezliklə meydana qayıtsın".
Abasov matçdan əvvəl komandada yaxşı əhval-ruhiyyə olduğunu bildirib: "Sadəcə, ilk hissədə bəzi problemlər yaşadıq. Rəqib çox sıx oynadı, müdafiəni yara bilmirdik. Amma ikinci yarıda istəyimizə nail olduq. Yaxşı istirahət edib, yolumuza davam edəcəyik".
Abasovun sözlərinə görə, onun üçün hücum xətti bir oyunçudan ibarət deyil: "Bütün işləri bir nəfərin üstünə yıxmıram. Bəzi futbolçular var ki, hökmən hücumda yer almalıdırlar. Əlimizdəki forvardlar məni qane edir. Fasilədə rəhbərliklə danışacağıq. Hələlik hər şey bizi qane edir".
Baş məşqçi oyunçularını arxayınlaşmamağa çağırıb: "Qapıçıdan tutmuş hücumçuyadək heç kimin əsas heyətdə möhkəmləndiyini demək olmaz. Mirabdulla Abbasov bu gedişlə böyük işlər görəcək. Bizə ümid verir. Amma 100 faizlik heç nə yoxdur".
O, çempionluq uğrunda mübarizə aparacaqlarını vurğulayıb: "çempionatda yaxşı rəqiblərimiz var. "Neftçi" uzun müddətdir qızıl medallar uğrunda mübarizə aparır. Bizi fasilədən sonra çətin oyunlar gözləyir. çempion olmaq üçün əlimizdən gələni edəcəyik".