"Ötən mövsümün sonunda hər kəs Avropa Liqasının qrup oyunlarını səbirsizliklə gözləyirdi. Əlbəttə, mümkün qədər çox irəliləmək istəyirdik. Ancaq rəqiblərin gücünü nəzərə alsaq, qrupdan çıxmağı gözləmək çətin idi".
"Arsenal"a qarşı oyunda "Emireyts" stadionuna ayaq basmaq fantastik duyğu idi. Uğursuz nəticələrə baxmayaraq, müsbət emosiyalar aldım". Matç.az saytının məlumatına görə, bunu "Vorskla"nın futbolçusu Mixail Sergeyçuk deyib.
Ukrayna mətbuatına müsahibə verən 27 yaşlı hücumçu komandasının Avropa Liqasının qrup mərhələsindəki çıxışını dəyərləndirib. Sergeyçuk "Qarabağ" üzərindəki qələbədən də bəhs edib: "ötən mövsümün sonunda hər kəs Avropa Liqasının qrup oyunlarını səbirsizliklə gözləyirdi. Əlbəttə, mümkün qədər çox irəliləmək istəyirdik. Ancaq rəqiblərin gücünü nəzərə alsaq, qrupdan çıxmağı gözləmək çətin idi. "Arsenal" və "Sportinq" kimi böyük klublarla qarşılaşmaq xoş idi. Belə məşhur komandalara qarşı özünü sınamaq və təcrübə toplamaq imkanın olur. "Qarabağ" üzərində qələbə qazanaraq ilk xalları qazanmaq isə çox vacib idi".
Qeyd edək ki, Bakıdakı oyunda "Vorskla" 1:0 hesabı ilə qalib gəlsə də, Poltavada Azərbaycan çempionu eyni hesabla qələbə qazanmışdı.