UEFA bu il Avropa Liqasında ən uğurlu çıxışla yadda qalan gənc futbolçulardan ibarət simvolik heyət müəyyənləşdirib. Matç.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, ən sürətlə inkişaf edən, sıçrayışa nail olan futbolçular bəzi kriteriyalara əsasən seçilib.

Belə ki, seçim zamanı oyunçuların yaşlarının 24-dən çox olmamasına, Avropa Liqasında debüt etməsinə və məhdud avrokubok təcrübəsi ilə böyük sıçrayışa nail olmasına diqqət yetirilib.

Qapıçı:

Dominik Livakoviç, 23 yaş ("Dinamo", Zaqreb)

Müdafiəçilər:

Pape Abu Sisse, 23 yaş ("Olimpiakos")

Jozef Aido, 23 yaş ("Genk")

Junior Firpo, 22 yaş ("Betis")

Yarımmüdafiəçilər:

Miyat Qaçinoviç, 23 yaş ("Ayntraxt")

Covani Lo Selso, 22 yaş ("Betis")

Kai Haverts, 19 yaş ("Bayer")

Pablo Fornals, 22 yaş ("Vilyarreal")

Hücumçular:

İsmaila Sarr, 20 yaş ("Renn")

Luka Yoviç, 20 yaş ("Ayntraxt")

Takumi Minamino, 23 yaş ("Zalsburq")

Qeyd edək ki, Azərbaycan çempionu "Qarabağ", həmçinin "Arsenal", "Sportinq" və "Vorskla"nın yer aldığı E qrupundan heç bir oyunçu rəmzi komandaya düşməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest