"Zirə" Azərbaycan Premyer Liqasında mövsümün ilk hissəsində 16 qol vurub.
 
Matc.az xəbər verir ki, "qartallar" baş tutan 13 turda ikinci hissədə daha məhsuldar çıxış etməsi ilə diqqət çəkib.
 
Komanda fasiləyədək cəmi 5 qol vurub. İkinci hissədə isə "Zirə" daha qarşısıalınmaz olub  11 top. Rəşad Sadıqovun çalışdırdığı kollektiv fasilədən sonrakı 15 dəqiqədə ilk yarıdakı qədər – 5 dəfə rəqib qapısına yol tapıb.
 
1-15-ci dəqiqələr: 1 qol
16-30-cu dəqiqələr: 2 qol
31-45-ci dəqiqələr: 2 qol
46-60-cı dəqiqələr: 5 qol
61-75-ci dəqiqələr: 3 qol
76-90-cı dəqiqələr: 3 qol

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest