"Sabah"ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib.

"Sabah"ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, ispan mütəxəssis 1:2 hesabıyla məğlub olduqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
 
- çox yaxşı oyun alındı. Oyunda həm qol imkanlarımız, həm də yaxşı intensiviliyimiz var idi. Səhvlərimiz də oldu. çalışmalıyıq ki, səhvlərimizi azaldaq. "Qarabağ" kimi komandalara qarşı belə səhvlər olduqda, cəzalanmaq qaçılmazdır.
 
- "Sabah" heyət və büdcə baxımından Premyer Liqada 1-2 klubdan geri qalır. Lakin turnir cədvəlində sonuncu sıradasız. Bu, nə ilə bağlıdır?
- Büdcə və heyətlə bağlı nəsə deyə bilmərəm. Mən bura gələndən nə qədər oyunçu transfer etmişik, ona fikir verin. 6 oyunluq məğlubiyyət seriyası bizə çox təsir etdi. Qışa qədər oynadığımız son 4 oyunda xal qazana bilmişdik. Bu gün də "Qarabağ"a uduzduq.
 
- Qış fasiləsində komandayla intensiv məşqlər etdiz. Bundan sonra bəs necə olacaq?
- Fasilədən sonra ilk oyunumuz "Qarabağ"a qarşı oldu. Bizim məğlub olduğumuz rəqib "Qarabağ"dır. Rəqib Azərbaycanın ən yaxşı komandalarından biridir. "Qarabağ"a uduzmaq faciədirmi? Düşünürəm ki, bu gün yaxşı oyun sərgiləmişik.
 
- Vurduğunuz qollara baxdıqda, hər oyuna 1 qol düşür. Hücum xəttiniz çoxmu zəifdir ki, qol vura bilmirsiz?
- Bu statistikanın digər tərəfinə də baxın. Qol imkanlarımız olur vura bilmirik, yoxsa heç qol imkanımız olmur? çoxlu qol imkanları yaradırıq, lakin fürsətlərimizdən yararlana bilmirik.
 
- Bəs bu 8 ayda nə işlə məşğul olmusuz? Hücumçular qol vura bilmirsə, siz nə etmisiz?
- Məşqçi kimi məşqlərdə qapıya zərbələr üzərində işləyirik. İstəyirik yaxşı atmosfer yaradaq ki, futbolçular qol vura bilsin.
 
- "Sabah" "Qarabağ"ı çıxmaqla, ən yaxşı büdcəsi olan komandadır...
- Mən bunu deyə bilmərəm. Gəldikdən sonra mənim etdiyim transferlərə baxın. Transfer edə bilmiriksə, deməli, büdcəmiz yaxşı deyil. Mən gələndən istəyirəm ki, əlimdə olan heyətlə nəsə edim.
 
- Komandada dəyişikliklər çox olur. Sizə elə gəlmirmi ki, problem standart 11-liyin olmamasıdır?
- İndi mən hər hansı eksperimentdən danışa bilmərəm. Əvvəlki oyunlara baxsaq, çox dəyişiklik fikri ilə razılaşmıram.
 
- Ayrılmaq fikrinə düşməmisiz?
- Belə nəticələr olanda fikirlər də çox olur. Rəhbərlik davam etməyimi məqbul sayıb və davam edirəm.
 
- Əvvəl deyirdiz ki, öz oyun fəlsəfəmi aşılamaq istəyirəm. Lakin görünən odur ki, bunu hələ edə bilmirsiz. Problem kimdədir?
- Mənim əvvəl oyun düşüncəm var idi. Lakin sonradan "Qəbələ" ilə oyundan sonra başqa oyun tərzinə keçdik. İndi də hələ bu oyun tərzindəyik.
 
- Bunun effekt verəcəyini düşünürsüz?
- Bəli, inanıb dəyişmişəm. Oyun tərzini dəyişdikdən sonra "Zirə"yə uduzduq, lakin həmin oyunda penaltidən yararlana bilmədik, imkanlarımız da çox olmuşdu. Komanda artıq daha yaxşı oynayır və daha da yaxşılaşdırmalıyıq. Bərbad oynadığımızı düşünmürəm. Nəticənin yaxşı olmadığını mən də bilirəm. Minimum istədiyimizi meydanda sərgiləyə bildik. Bu gün sadə bir səhvdən sonra qol buraxdıq.
 
- Heyətinizdə kifayət qədər yaxşı futbolçular olsa da, sonuncu sıradasız. Bu heyətlə sonuncu olmaq faciə deyilmi?
- Mənə görə futbolda faciə yoxdur. Faciə bu yaxınlarda olan müharibə idi. Qalib gəlmək, çox qol vurmaq istəyirik, ancaq olmur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest