Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının tarixi dəyişdirilib. Matç.az saytı xəbər verir ki, bu barədə qərarı Avropa Gimnastika İttifaqının İcraiyyə Komitəsi verib.

Qurumun Makedoniyanın paytaxtı Skopyedə keçirilən yığıncağında 2019-cu ilin qitə çempionatı mayın 31-dən iyunun 2-dək deyil, mayın 16-19-da baş tutması qərara alınıb.

Buna səbəb kimi futbol üzrə Avropa Liqasının final oyunu göstərilib. Məsələ ondadı ki, qitənin ikinci dərəcəli klub turnirinin həlledici matçı mayın 29-da Bakıda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest