09 Oktyabr 2018, 17:13
FUTBOL
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 21-ci əsrin ilk dekadası ilə bağlı hesablamalarını açıqlayıb. Matç.az saytı xəbər verir ki, qurum 2001-2010-cu il üçün bütün dünya klublarının nəticələrini təhlil etməklə ən yaxşı liqaları müəyyənləşdirib.
Azərbaycan həmin dövrü əhatə edən siyahıda 93-cüdü. Onillik ərzində ölkəmiz 1850 xal toplayıb. Azərbaycan Avropa ölkələri arasında 44-cüdü.
İngiltərə Premyer Liqası isə dekadanın ən yaxşısıdı – 11516 xal. İspaniya 11120 xalla 2-ci, İtaliya 10640 xalla 3-cüdü.
Qeyd edək ki, Azərbaycan klublarının avrokuboklarda qrup mərhələsinə düşmək kimi əsas uğurları 2012-ci ildən başladığı üçün bu siyahıda nəzərə alınmayıb.