PSJ-də qapıçı Canluici Buffonun taleyinə aydınlıq gəlib. Matç.az saytının "Sky Sports"a istinadən məlumatına görə, 40 yaşlı qolkiper yeni müqavilə bağlayacaq.

Bu yay "Yuventus"dan alınan italiyalı ilə 1+1 sistemli müqavilə imzalanmışdı. Buffon özünü yaxşı tərəfdən göstərəcəyi halda mövsümün sonunda yeni birillik sözləşmə qüvvəyə minəcəkdi. Paris təmsilçisi isə yayı gözləməyi lüzum bilməyib. Qolkiper yaxın günlərdə 2020-ci ilin yayına qədər nəzərdə tutulan müqaviləni imzalayacaq.

Qeyd edək ki, Canluici Buffon bu mövsüm 13 oyunda 8 qol buraxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest