Uşaq-Gənclər Futbol Federasiyasının təşkilatçılığı ilə Saatlı Olimpiya İdman kompleksində 12-13 yaşlı uşaqlardan ibarət komandalar arasında turnir təşkil olunub. Matç.az xəbər verir ki, yarışda Sabirabad, Saatlı, Şirvan, Hacıqabul və İmişlini təmsil edən ümumilikdə 6 komanda iştirak edib.

Yarışın qalibi Saatlı-1 komandası olub. Şirvan və Sabirabad təmsilçiləri müvafiq olaraq ikinci və üçüncü yeri tutublar.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest