AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, toplantıda  Premyer Liqanın XV turunun oyunlarında qeydə alınan qanun pozuntularına hüquqi qiymət verilib.

Turun mərkəzi görüşü daha diqqətçəkən olub.  "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları görüşdə "Qarabağ"ın futbolçusu Kevin Medina "aqresiv hərəkətə" görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb və klubu 3200 manat cərimələnib. Həmin matçda kobudluğa görə "qırmızı" alan "Neftçi"nin müdafiəçisi ömər Buludov 2 oyun cəzalanıb, klubu isə 1600 manat cərimələnib. "Neftçi"nin digər futbolçuları Mamadou Kane və Vojislav Stankoviç  isə meydandan qovulduğu üçün  1 oyun cəzalanıb, klub isə 400 manat cərimələnib. "Neftçi"nin ziyanı bununla bitməyib. Belə ki,  həmin görüşdə 3 futbolçusu qırmızı vərəqə ilə cəzalandırıldığı üçün 4800 manat ziyana düşüb.

"Sumqayıt"la oyunun sonlarında  "kobud oyuna" görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün "Səbail"in qapıçısı Kamran Ağayev  2 oyun cəzalanıb, klub 1600 manat cərimələnib. "Səbail"in legioneri Peyman Keşavarzi qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Bu görüşdə 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün "Səbail" 800 manat cərimə edilib.

 "Qəbələ" – "Keşlə" oyununda meydan sahibləri  4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün 800 manat cərimə olunub. "Zirə" ilə görüşdə  4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün "Sabah" da eyni cəzaya məruz qalıb.  

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest