17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandasının seleksiya xarakterli təlim-məşq toplanışı başlayıb. Matç.az xəbər verir ki, millimiz Bakıda bir araya gəlib.

24 futbolçunun qatıldığı hazırlıq prosesi dekabrın 29-dək davam edəcək. Toplanışda İlahə Əkbərova, Rabiyə Mustafayeva, Milana    Rəhimova , Lamiyə Əlizadə, Rübabə    Atakişizadə, Fatimə    Əhmədli, Aytən Tağıyeva, Ləman Əmirli (hamısı İOEUGİM), Aytac Feyzullayeva (Gənclik Şəki), Nailə  Əliyeva (Amasya), Alina Nəhmədova, Leyla Ağayeva (hər ikisi "Fidan"), Samirə Aşırova, Aysun Muradova (hər ikisi "Zaqatala"), Aydan Eyniyeva (Xırdalansiti), Fidan   Cəfərova, Nahidə    Məmmədova (hər ikisi "Şəki"), Zərin  Şirinli, Nübar  Eminova, Yeganə    Kazımova (hamısı "Amasya"), Jasmin    Abdullayeva ("Keşlə"), Nurçin  Tarverdizadə (Veqa), Pərvin    Səfərəliyeva (Naftalan), çinarə  Mürsəlova (Qubek Balakən) iştirak edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest