Ole Qunnar Sulşerin "Mançester Yunayted"dəki uğurlu startı davam edir. Matç.az xəbər verir ki, norveçli mütəxəssis baş məşqçi postundakı debütündə ardıcıl 2-ci qələbəyə sevinib.

XIX turda "Haddersfild"i 3:1 hesabı ilə yenən MY mütəxəssisin rəhbərliyi altında qazandığı xalların sayını 6-ya çatdırıb. Sulşer klubun tarixində belə starta nail olan 5-ci baş məşqçidi.

Skandinaviyalıya qədər yalnız 4 mütəxəssis MY-dəki ilk iki oyununda qələbə qazanmışdı. Bunlar Ticey Uolvort, ser Matt Basbi, Deys Sekston və bir müddət əvvəl istefaya göndərilən Joze Mourinyo olub.

Qeyd edək ki, MY 19 turdan sonra 6-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest