ötən gecə "Everton"la səfər matçında 3:1 hesablı qələbəyə sevinən "Mançester Siti" İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.
 
Matc.az xəbər verir ki, sözügedən komanda 2021-ci ilin əvvəlindən 10 oyun keçirib və onların hamısından qalib ayrılıb.
 
"Şəhərlilər" bu oyunlarda 28 qol vurub, cəmi 3 top buraxıb. Bu isə İngiltərə çempionatında yeni rekorddur. Buna qədər heç bir komanda təqvim ilinin başlanğıcından 10 görüşün hamısını qələbə ilə başa vura bilməmişdi.
 
Hazırda 56 xala malik "Mançester Siti" Premyer Liqada vahid liderdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest