"Sabah"ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində "Səbail"ə qarşı keçirdikləri oyunu şərh edib.

"Sabah"ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində "Səbail"ə qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, ispan mütəxəssis 0:2 hesabıyla uduzduqları matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
 
"Birinci hissədə hücumda kifayət qədər çoxala bilmədik və bu üzdən qol imkanlarımız da olmadı. Rəqib isə əksinə, bizim səhvimizdən sonra qol vurmağı bacardı. İkinci hissədə oyunun gedişatını dəyişməyə çalışsaq da, alınmadı. Rəqib də növbəti səhvimizi qola çevirdi. İstəmədiyimiz halda, məğlub olduq"
 
"Düşünmürsüz ki, "Sabah" rəhbərliyi bu cür nəticələr qarşılığında sizə qarşı kifayət qədər humanist davranır" sualına cavab olaraq, Qomes bunları qeyd edib: "Bunu rəhbərlikdən soruşsanız, daha yaxşı olar. Hər həftə rəhbərliklə görüşürəm, müzakirələr aparırıq". 
 
"Sabah"ın çalışdırıcısı məğlubiyyətə və uğursuz çıxışa görə ayrı-ayrı futbolçuları ittiham etmək fikrində olmadığını söyləyib: "ümumilikdə, sərgilədiyimiz oyundan narazıyam. Mən də daxil olmaqla meydana çıxan futbolçular daha artığını etməlidir".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest