19 Fevral 2021, 20:29
MPL
"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib.
"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib.
Matc.az xəbər verir ki, o, 0:0 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
- çətin oyun idi. "Qarabağ"ın gücünü bilirdik. İki fərqli hissə oldu. Rəqibin ilk dəqiqələrdəki təzyiqini gözləyirdik. Qapıçımızın son dəqiqələrdə yaxşı qurtarışları oldu. "Qarabağ"la oyunda qol imkanın az olur. Bir xal bizim üçün önəmlidir. Qış fasiləsindən sonra pis başlamamışıq.
- Son 10 dəqiqədə etdiyiniz əvəzetmələrdə 3 hücumçu meydana daxil etdiz...
- Höccətin zədələnməsi bir az dəyişikliklərə səbəb oldu, planımızı pozdu. İstəmirdim ki, futbolçulara siqnal verim ki, müdafiədə qalaq. Hücumçuları salıb irəlidə rəqibə təzyiq etmək istəyirdik.