Danimarka millisinin sabiq futbolçusu Nikki Billi Nilseni ölümdən qurtulub. Matç.az xəbər verir ki, onu öldürməyə cəhd edən cinayətkarların odlu silahdan açdığı atəş 2 ildi Polşa "Lex"ində oynayan hücumçunun əlinə dəyib.

Hadisə Danimarka paytaxtı Kopenhagendə baş verib. Əlindən güllələnən futbolçunun qətlinə cəhddə şübhəli bilinən bir kişi və bir qadın saxlanılıb.

Qeyd edək ki, əsasən "Vilyarreal", "Elçe" və "Rayo Valyekano"dakı çıxışı ilə tanınan Nilsen millidə 3 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest