Dövrələrarası fasilədə "Sumqayıt" Rəşad Əzizlidən sonra növbəti transferini reallaşdırıb. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "Zirə"nin müdafiəçisi Adil Nağıyev "kimyaçılar"la anlaşıb.

23 yaşlı futbolçu "Sumqayıt"la 1,5 illik müqavilə imzalayıb. Adil yeni klubunda 5 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, U-17, U-19, U-21, U-23 və A millilərimizə cəlb olunmuş Adil Nağıyev 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest