Qış transfer dönəmində ikinci dəfə "Qarabağ"a qayıdan Reynaldo Silvanın forma nömrəsi bəlli olub. Matç.az saytının məlumatına görə, braziliyalı oyunçu daha əvvəl geyindiyi 9 nömrəli futbolka Araz Abdullayevdə olduğu üçün köhnə nömrəsini əldə edə bilməyib.

Belə olan halda Reynaldo doqquzları qoşalaşdırmağı seçib. Braziliyalı forvard 99 nömrə altında çıxış edəcək.

Qeyd edək ki, Reynaldo Silva 2013-2016-cı illərdə "Qarabağ"ın heyətində 87 oyunda 43 qolla yadda qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest