İtaliya Futbol Federasiyasının Nizam İntizam Komitəsi "İnter"i cəzalandırıb. Matç.az saytının məlumatına görə, "neradzurra" A seriyasının XVIII turu çərçivəsində "Napoli" ilə oyun səbəbindən cəza alıb.

Belə ki, sözügedən oyunda milanlı fanatlar rəqibin futbolçusu Kalidu Kulibaliyə qarşı irqi təhqirləri səbəbindən "İnter" iki ev oyununu azarkeşsiz keçirməli olacaq. Bundan əlavə "Kurva Nord" azarkeş qrupunun məskunlaşdığı tribunalar 3 oyunluq qapadılacaq.

Qeyd edək ki, "İnter" "Benevento" və "Sassuolo" ilə qarşılaşmaları boş tribunalar önündə keçirəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest