Braziliyalı ulduz futbolçu Robinyo klubunu dəyişib. Matç.az saytının məlumatına görə, hücumçu "Sivasspor"dan Türkiyənin başqa bir klubuna keçib.

O, paytaxt təmsilçisi "Başakşehir" ilə anlaşıb. Bu barədə klub prezidenti Göksel Gümüşdağ açıqlama verib.

Hələlik anlaşmanın detalları ilə bağlı ətraflı məluat verilməyib.

Qeyd edək ki, bu ilin yanvarında "Sivasspor"a keçən Robinyo keçirdiyi 30 oyunda 12 qola imza atıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest