Lionel Messi "Yuventus" haqqında fikirlərini bölüşüb. Matç.az saytının "Marca"ya istinadən məlumatına görə, argentinalı ulduz Turin klubunun bu mövsüm çL-də əsas favoritlərdən biri olduğunu deyib.

"Yuventus" yaxşı komandadı. Əvvəl də belə idi, Ronaldonun transferindən sonra isə daha yaxşı olub" – deyə Messi bildirib.

Qeyd edək ki, mövsümün əvvəlində "Real"dan "Yuventus"a keçən Ronaldo Turin klubunda 18 oyuna 12 qol vurub, 5 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest