"Barselona" hollandiyalı yarımmüdafiəçi Frenki de Yonqla müqavilənin şərtlərində razılıq əldə edib. Matç.az xəbər verir ki, "Ayaks"ın futbolçusu yeni klubu ilə 5 illik anlaşma imzalayacaq.

21 yaşlı orta sahə oyunçusu digər təkliflərdən imtina edərək İspaniya klubuna üstünlük verib. Hərçənd PSJ və "Mançester Siti"də De Yonqun xidmətində maraqlı idi.

Frenki "Barselona"ya cari mövsüm başa çatandan sonra qoşulacaq. Bu keçiddən "Ayaks" 75 milyon avro əldə edəcək.

Qeyd edək ki, "Barselona"da hollandiyalı futbolçuya 31 yaşlı Serxio Busketsin əvəzləyicisi gözü ilə baxırlar.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest