Azərbaycan millisinin iki futbolçusu - "Qəbələ"nin müdafiəçisi Təmkin Xəlilzadənin və "Qarabağ"ın hücumçusu Mahir Mədətovun ə imza günü keçirilib. Matç.az AFFA-nın saytına istinadən xəbər verir ki, tədbir "Avropa Liqası muzeyi"ndə gerçəkıəşib.

Muzey ziyarətçiləri imza günündə futbolçularla yaxından tanış olub, onlardan imza alıb, eləcə də foto çəkdiriblər.

Qeyd edək ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi tərəfindən 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda (BOS) keçirilməsi haqqında qərar qəbul edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest