UEFA Avropa Liqasına həsr olunmuş muzey fəaliyyətini davam etdirir. Matç.az xəbər verir ki, AFFA-nın U-11 Liqasında çıxış edən Topaz Premyer Liqası klublarının müvafiq yaş qrupundan ibarət komandalarının üzvləri muzeyi ziyarət edib.

AFFA tərəfindən qeyd olunan komandalar üçün əyləncəli proqram təşkil edilib. Əvvəlcə paytaxtın tanınmış məkanlarından birində yemək süfrəsi arxasında toplaşan kiçik yaşlı futbolçular daha sonra UEFA Avropa Liqası muzeyində sərgilənən eksponatlarla tanış olublar.

Muzeyin fəaliyyət göstərəcəyi 22 dekabr – 7 yanvar tarixləri aralığında AFFA tərəfindən digər yaş qruplarına aid komandalar üçün də analoji tədbirlər keçiriləcək.

Qeyd edək ki, bir gün öncə də AFFA-nın U-10 Liqasında çıxış edən Topaz Premyer Liqası klublarının müvafiq yaş qrupundan ibarət komandalarının üzvləri muzeyi ziyarət etmişdi. Onlar üçün də  əyləncəli proqram təşkil edilib, əvvəlcə paytaxtın tanınmış məkanlarından birində yemək süfrəsi arxasında toplaşan kiçik yaşlı futbolçular daha sonra UEFA Avropa Liqası muzeyində sərgilənən eksponatlarla tanış olublar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest