2018-ci il son günlərini yaşamaqdadı. Bir neçə gündən sonra "İt"i "Qaban" əvəzləyəcək. Yeni gələn 2019-cu il bu heyvanı təcəssüm edəcək.
Matç.az xəbər verir ki, Topaz Premyer Liqasının cari mövsümündə "Qaban" ilində anadan olan futbolçular az deyil. Söhbət əsasən 1995-ci il təvəllüdlülərdən gedir ki, onlar 24 yaşlarını qeyd edəcək.
Amma çempionatımızda 1983-cü il doğumlu oyunçular da mübarizə aparır. Bunlar ukraynalı legionerlər Dmitri Bezotosnı və Marko Deviçdi. Sonuncu "Sabah"ın əsas qol ümididisə, qolkiper "Qəbələ"nin çərçivəsini qorumaqdadı.
Topaz Premyer Liqasının ilk yarısında meydana çıxan daha 14 oyunçu "Qaban" ilində doğulub.
Onlardan beşi çempionluq uğrunda mübarizə aparan "cütlüy"ün üzvləridi. Abbas Hüseynov, Coşqun Diniyev, Rahil Məmmədov "Qarabağ"la titulu qorumaq niyyətindədisə, Mirabdulla Abbasovla Namiq Ələsgərov "qış çempionluğu"nu sonadək qorumaq arzusundadı.
Belə oyunçular "Zirə"də daha çoxdu. İlk yarıda meydana çıxan Adil Nağıyev, Sadiq Quliyev, Tellur Mütəllimov, Vüsal İsgəndərli "Qaban" ilindəndi. Lakin onlardan biri – Adil komandasını tərk edərək "Sumqayıt"a yollanıb. O, bu klubdakı həmyaşıdı Aleksey İsayevə qoşulub.
"Keşlə"də iki belə futbolçudan biri klubu tərk edib. Paytaxt təmsilçisində "Qaban" ilində doğulanlar Məmməd Quliyevla Samir Məsimov idi.
"Qəbələ"də 36 yaşlı Bezotosnı özündən 12 yaş kiçik Evin Camalovla eyni rəmzli ildə doğulub.
"Sabah" kimi "Səbail"də də yalnız bir futbolçu "Qaban" ilində anadan olub. Bu da Orxan Qurbanlıdı.
"Qaban" ilində anadan olan və mövsümün ilk yarısında meydana çıxanlar
Məmməd Quliyev |
Keşlə |
Samir Məsimov |
Keşlə |
Mirabdulla Abbasov |
Neftçi |
Namiq Ələsgərov |
Neftçi |
Abbas Hüseynov |
Qarabağ |
Coşqun Diniyev |
Qarabağ |
Rahil Məmmədov |
Qarabağ |
Dmitri Bezotosnı |
Qəbələ |
Elvin Camalov |
Qəbələ |
Marko Deviç |
Sabah |
Orxan Qurbanlı |
Səbail |
Aleksey İsayev |
Sumqayıt |
Adil Nağıyev |
Zirə |
Sadiq Quliyev |
Zirə |
Tellur Mütəllimov |
Zirə |
Vüsal İsgəndərli |
Zirə |