"Real"ın qapıçısı Keylor Navas klubunu dəyişməyə hazırlaşır. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, Kolumbiya millisinin üzvü İngiltərəyə köçə bilər.

çünki "Arsenal" 32 yaşlı qolkiperin transferində israrlıdı. Tibo Kurtuanın transferindən sonra əsas heyətdəki yerini itirən Navas üçün londonlular qarşı tərəflə danışıqların ikinci mərhələsinə start verib. "Topçular" bu keçid müqabilində "kral klubu"na əvvəlcə 12 milyon avro təklif etsə də, indi bu məbləği 16 milyona yüksəldib. Tərəflər ortaq məxrəcə gəlsə, Navas gələn ay Londona köçəcək.

Qeyd edək ki, Keylor Navas 2014-cü ildən "Real"ın şərəfini qoruyur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest