28 Dekabr 2018, 22:41
FUTBOL
"Arsenal"ın əfsanəvi futbolçuları arasında göstərilən Emmanuel Peti komandanın yarımmüdafiəçisi Məsut özili tənqid edib. Matç.az saytı xəbər verir ki, fransalı sabiq oyunçu Almaniya millisinin üzvünün zəif çıxış etdiyini söyləyib.
48 yaşlı mütəxəssis özili oyunlar zamanı həvissiz gördüyünü vurğulayıb: "Dünyanın ən yaxşı "10 nömrəsi" olan Məsut özil hardadı? Şəxsən onun fanatıyam. Ancaq görünən odu ki, Məsut dünyanın ən yaxşı futbolçularından biri olmaq istəyindən vaz keçib. özil iki ildi ruh kimidi".
Qeyd edək ki, Emmanuel Peti 1997-2000-ci illərdə "Arsenal"ın formasını geyinib.