özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan cüdo üzrə "Böyük Dəbilqə" turniri davam edir. Matc.az xəbər verir ki, bu gün Azərbaycanın daha üç idmançısı - Rüstəm Orucov, Murad Fətiyev və Hidayət Heydərov mübarizəyə başlayıb.
Kişilər
73 kq
Rüstəm Orucov 1/16 finalda Martin Hojaka (Sloveniya) qalib gəlib. Daha sonra rusiyalı Oleq Babgoevi üstələyən həmyerlimiz yarımfinal mübarizəsində erməni Karapetyana uduzub. Buna baxmayaraq, Rüstəm podiuma qalxmaq şansını saxlayıb. Təsəlliverici görüşlərə qatılan cüdoçumuz özbəkistanlı Murodjon Yuldoşevdən güclü olub. Bürünc medal uğrunda görüşdə onun rəqibi daha bir yerli idmançı Obidxon Nomonov olub. Rəqibinə qalib gələn Rüstəm ölkəmizə ilk medal qazandırıb.
81 kq
Murad Fətiyev 1/32 finalda Nikolas çiları (Fransa) mübarizədən kənarlaşdırsa da, növbəti görüşündə Vladimir Zoloevlə bacarmayıb. Bu çəkidəki digər təmsilçimiz Hidayət Heydərov isə ilk görüşündə Gilyerme Şmidtə (Braziliya) uduzub.
Qeyd edək ki, "Böyük Dəbilqə" sabah yekun vurulacaq. Cüdoçularımız ilk günü medalsız başa vurublar.