özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə "Böyük dəbilqə" turnirində ilk yarış günü başa çatıb. Matc.az xəbər verir ki, beynəlxalq yarışın ilk günü Azərbaycan milli komandasının 6 üzvü tatami üzərinə çıxsa da, təmsilçilərimiz günü medalsız başa vurub. Ən yaxşı nəticəyə 5-ci yerlə kifayətlənən Kəramət Hüseynov imza atıb.

Kişilər
60 kq
1/16 finalda Morits Plafki (Almaniya) üzərində qələbə qazanan Oruc Vəlizadə özbəkistanlı Kamran Nurullayevə uduzaraq mübarizəni dayandırıb.

Kəramət Hüseynov 1/32 finalda Ayub Bliyev (Rusiya), 1/16 finalda Harim Li (Cənubi Koreya), 1/8 finalda Mihrak Akkuşa (Türkiyə) qalib gəlib. Tackistinalı Şahboz Saydaburorovu məğlub edən cüdoçumuz yarımfinalda Yeldos Smetov (Qazaxıstan), bürünc uğrunda qarşılaşmada Luka Mxeidzeyə (Fransa) uduzaraq mükafatsız qalıb.

66 kq
1/16 finalda Bojidar Temelkovu üstələyən Nicat Şıxəlizadə Baul Ana (Cənubi Koreya) məğlub olaraq çıxışını dayandırıb. Orxan Səfərov finlandiyalı Luukas Saha ilə 1/16 final görüşündə uduzub.

Qadınlar
48 kq
Leyla Əliyeva 1/16 finalda Gülnur Muratbayevaya (özbəkistan) qalib gəlsə də, Militsa Nikoliçi (Serbiya) üstələməyi bacarmayıb. Aişə Qurbanlı isə 1/16 finalda özbəkistanlı Xalimojon Kurbonova ilə bacarmayıb.

Qeyd edək ki, cüdo millimiz yarışa 10 kişi və 2 qadın idmançı ilə qatılıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest