PSV-nin hücumçusu İrvin Losano tezliklə Londona köçə bilər. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, "çelsi" Meksika millisinin üzvünün keçidində maraqlıdı.

Qış fasiləsində hücum xəttini gücləndirməyi planlaşdıran "zadəganlar"ın hədəfindəki oyunçulardan biri də Losanodu. Avropanın bir neçə klubunun gündəmində olan 23 yaşlı forvardın PSV ilə müqavilə müddəti 2023-cü ilin yayına qədərdi.

Qeyd edək ki, İrvin Losano PSV-yə ötən il "Paçuka"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest