Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldonun məhsuldar seriyası qırılıb. Matç.az xəbər verir ki, ardıcıl 7 il 50 qol səddini fəth edən hücumçu 2010-cu ildən sonra ilk dəfə bunu bacarmayıb.

İtaliya çempionatının "Sampdoriya" ilə bugünkü matçında dubla imza atan Ronaldo qol sayını 49-a çatdırıb. "50"nin bir addımlığında qalan forvard son 7 ildə daha məhsuldar olub.

O, 2011-ci ildə 60, ardınca 63, 69 və 61, son üç ildə 57, 55 və 53 qola sevinib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest