"Sampdoriya"nın futbolçusu Fabio Kvalyarellanın qol seriyası davam edir. Matç.az xəbər verir ki, 35 yaşlı hücumçu İtaliyanın A seriyasında ardıcıl 9-cu görüşdə qol sevinci yaşayıb.

"Yuventus"la səfər oyununda (1:2) fərqlənən Fabio 33-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib. İtaliya çempionatında ardıcıl 9 oyun qol vuran sonuncu futbolçu David Trezeqe olmuşdu. O, 2005-ci ildə buna nail olub.

A seriyasının rekordu isə Qabriel Batistutaya məxsusdu. "Fiorentina"nın argentinalısı 1994-cü ildə ardıcıl 11 görüşdə qol sevinci yaşayıb. Veteran hücumçunu bu rekorddan 2 matç ayırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest