"Barselona"nın futbolçusu Xerard Pike klub alıb. Matç.az xəbər verir ki, ispaniyalı müdafiəçi "Andorra" klubunun sahibi olub.

Pikenon sahibi olduğu "Kosmos" şirkəti 5-ci liqada çıxış edən komandanı alan investorlar qrupunda yer alıb. Klubun 200 min avroya çatan borcunu da yeni sahiblər ödəməlidi.

Qeyd edək ki, Pikenin "Kosmos"u bir müddət öncə Beynəlxalq Tennis Federasiyası (ITF) ilə müqavilə imzalayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest