"Vulverhempton" İngiltərədə Premyer Liqa nəhənglərinin kabusuna çevrilib. Matç.az xəbər verir ki, XX turda "Tottenhem" üzərində 3:1 hesablı əzmkar qələbə qazanan Nunu Eşprito Santunun yetirmələri cari mövsümdə iddialılardan yalnız "Liverpul"u büdrədə bilməyib.

"Uembli"dəki matçadək "Vulverhempton" MY, MS, "çelsi" və "Arsenal"dan da xal ala bilib. "çelsi"ni 2:1 hesabı ilə məğlub edən komanda digər üç iddialı ilə sülhə imza atıb. Hər üç görüş 1:1 hesabı ilə nəticələnib.

İlk "altılıq"dakı klublardan kabusa xal verməyən yeganə komanda "Liverpul" isə bu komandanı XVIII turda 2:0 hesabı ilə məğlub edib. Liderin izləyicilərindən isə "Vulverhempton"u yalnız "Tottenhem" I dövrədə məğlub etmişdi – 3:2. Lakin londonlular bugünkü görüşdə rəqibinə uduzub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest