29 Dekabr 2018, 22:49
FUTBOL
İngiltərə Premyer Liqasının XX turunda "Liverpul"un qonağı olan "Arsenal" ilk 45 dəqiqədə 4 qol buraxıb. Matç.az xəbər verir ki, "topçular" Premyer Liqa tarixində 4-cü dəfə fasiləyədək bu qədər qola üzülüb.
İlk yarıdan sonra 1:4 hesabı ilə uduzan London klubu bunadək üç dəfə belə halla üzləşmişdi. "Liverpul" isə 2-ci dəfədi "Arsenal"ı bu durumla üz-üzə qoyur. Digər iki görüşdə isə "Mançester Yunayted"lə "çelsi" "Arsenal"ı fasiləyə qədər top "atəş"inə tutub.