30 Dekabr 2018, 00:12
FUTBOL
"Liverpul" Premyer Liqanın tarixində ilk 20 turda ən çox xal toplayan 3-cü komanda olub. Matç.az xəbər verir ki, 54 xala malik Yurgen Kloppun yetirmələri yalnız iki kluba həsəd apara bilər.
ötən mövsüm "Mançester Siti" bu qədər oyunda 58 xal qazanmışdı. "çelsi" isə 2005/06 mövsümündə 20 görüşdə 55 xal yığıb.
54 xal səddini adlayan hər iki komanda sonda çempion adına yiyələnib.
Qeyd edək ki, "Liverpul" "Arsenal"la son 6 ev oyununda qonaqların qapısından 22 top keçirib.