Hollandiya millisinin sabiq futbolçusu Yap Stamın yeni iş yeri bəlli olub. Matç.az xəbər verir ki, MY-də məşhurlaşan müdafiəçi vətənində "Zvolle"nin baş məşqçisi təyin olunub.
İlyarımlıq müqavilə imzalayan 46 yaşlı mütəxəssis bu posta yığmanın digər sabiq müdafiəçisi Con vant Sxipi əvəzləyib. Stamın qarşısına 16-cı sırada qərarlaşan komandanı təhlükəli zonadan çıxarmaq vəzifəsi qoyulub.
Qeyd edək ki, Stam futbolçu kimi peşəkar karyerasını məhz "Zvolle"də başlayıb. 1992-ci ildə həvəskarlardan ibarət "Kampen"də bu komandaya keçən müdafiəçi sonradan "Kambur", "Villlem", PSV, "Mançester Yunayted", "Latsio", "Milan" və "Ayaks"da çıxış edib. Millidə 67 oyuna çıxan Stamın vida matçı 2008-ci ildə "Zvolle" stadionunda gerçəkləşib. Onun son iş yeri isə "Ridinq"in baş məşqçisi postu olub.