Hesabında 1230 xal olan Azərbaycan yığması 11-ci pillədə qalıb. Joze Alesionun yeitmələrini 10-cu olan Paraqvaydan 38, 12-ci yerdəki Kolumbiyadan 19 xal ayırır.

Futzal üzrə milli komandaların reytinqi açıqlanıb. Matç.az saytı xəbər verir ki, 2018-ci ilin son siyahısında 109 komanda yer alıb.

Digər 58 yığma isə zəruri sayda oyun keçirmədiyindən cədvəldən kənar düşüb. Siyahıda ciddi dəyişikliklər olmayıb.

Hesabında 1230 xal olan Azərbaycan yığması 11-ci pillədə qalıb. Joze Alesionun yeitmələrini 10-cu olan Paraqvaydan 38, 12-ci yerdəki Kolumbiyadan 19 xal ayırır.

Cədvəlin ilk "onluğ"unda, həmçinin Azərbaycan millisinin Dç-2020-nin seçmə mərhələsindəki rəqiblərinin mövqelərində də dəyişiklik olmayıb.

İlk "onluq"

1. Braziliya - 1878
2. İspaniya - 1791
3. Rusiya - 1667
4. Portuqaliya - 1665
5. Argentina - 1663
6. İran - 1653
7. Qazaxıstan - 1542
8. İtaliya - 1509
9. Ukrayna - 1490
10. Paraqvay – 1468

Millimiz və rəqibləri

11. Azərbaycan – 1430
26. Slovakiya – 1192
27. Hollandiya – 1188
29. Finlandiya – 1185
50. Moldova – 958
55. Monteneqro – 911
84. Uels – 788
92. Bolqarıstan – 710
99. Şimali İrlandiya – 592
102. Estoniya – 550

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest